Rusiyalı məşhur teleaparıcı Dana Borisovanın 13 yaşlı qızı özünü doğrayıb.
RegionTV.info xəbər verir ki, bu barədə aparıcı özünün "Instagram" hesabının "Hekayə" bölməsində xəbər verib.
O, təcili yardım maşınından video dərc edib və şərh kimi "Yenə də" yazıb.
Sonra o qızının qanlı geyimini göstərib və baş verənləri açıqlayıb.
"Polya növbəti dəfə özünü doğrayıb. Bu dəfə hər şey məktəbin ayaqyolunda, birinci dərsdən sonra baş verib. Onun bütün geyimi qan içində idi", - deyə o, bildirib.
Aparıcının sözlərinə görə, bundan sonra qızı uşaqlar və yeniyetmələr üçün "psixi sağlamlıq" xəstəxanasına yerləşdirilib.
Qadının sözlərinə görə, o, bu dəfə qəti əmin olub ki, işin öhdəsindən özbaşına gələ bilməyəcək.
Xəbəri paylaş