Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Aqil Məmmədov: “Kəlbəcərlilərlə hər görüşümüzdə qayıdış təşəbbüsləri səsləndirilir”

RegionTV.info                                                                                                   
Kəlbəcər rayonundan Milli Məclisin deputatı Aqil Məmmədov köçkün seçicilərlə növbəti görüşünü keçirib. Kəlbəcər Rayon İcra Hakimiyyətində keçirilən görüşdə Gəncə, Göygöl və Goranboy rayonunda məskunlaşmış sakinlər iştirak edib.  İcra Hakimiyyəti Başçısının birinci müavininin də iştirak etdiyi görüşdə seçiciləri maraqlandıran bir sıra məsələlələr, o cümlədən, işğaldan azad olunmuş ərazilərimizdə məskunlaşma, məşğuliyyət, sahibkarlıq fəaliyyətində qarşıya çıxan problemlər və s. kimi məsələlər diqqət mərkəzində olub.  Millət vəkili A.Məmmədov bildirib ki, qayıdış prosesi ilə bağlı kəlbəcərli seçicilərlə hər bir görüşdə təşəbbüslər səsləndirilir: “Bu da onu deməyə əsas verir ki, ərazi gediş-gəlişə, məskunlaşmaya açıq elan edilən zaman, camaatımız elliklə Kəlbəcərə axın edib dədə-baba yurdlarımıza sahib çıxacaq. Ölkə rəhbərliyinin apardığı məqsədyönlü siyasət də bu qayıdışın daha tez baş verməsinə hesablanıb”. Görüşdə səsləndirilən məsələlərlə bağlı aidiyyatı üzrə qeydiyyat aparılaraq müvafiq addımlar atılacağı bildirilib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də