RegionTV.info
Ümumi (9-cu sinif) orta təhsil bazasında buraxılış imtahanları bölgələr üzrə keçirilmə qrafiki açıqlanıb.
Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, imtahanlar 2, 3, 9, 10, 16 və 17 iyunda aşağıdakı qrafikə uyğun keçiriləcək.
Bu imtahanda iştirak etmək üçün şagirdlərin qeydiyyatı tələb olunmur. Şagirdlər imtahan gününə 1 həftə qalmış DİM-in saytı vasitəsilə “İmtahana buraxılış vərəqəsi”ni çap edirlər.
Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi şəhər (rayon), bina, zal, başlanma vaxtı və şagirdin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunur.
Xəbəri paylaş