RegionTV.info
Bildiyiniz kimi, həftə sonları və bayram günlərində sərt karantin şərtlərinə uyğun olaraq, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara əsasən ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.
Qarşıdan 103 illiyini qeyd edəcəyimiz 28 may Respublika günü gəlir. Bəs qeyri-iş günü sayılan bu tarixdə ictimai nəqliyyat fəaliyyət göstərəcəkmi?
Öncə bu məsələ ilə bağlı Operativ Qərargahın metbuat katibi İbrahim Məmmədov ilə əlaqə saxladıq. Təssüf ki, hər zaman olduğu kimi qərargah rəsmisi suallarımızı cavabsız qoydu.
Paytaxt ərazisində nəqliyyatın idarəetməsini həyata keçirən Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mayis Ağayev RegionTV.info–ya açıqlamasında bildirdi ki, bu məsələylə bağlı qərarı Nazirlər Kabineti yanında Operativ Qərargah verir. Hələ ki, onlarda həmin gün ilə əlaqədar hansı addımların atılacağı ilə bağlı məlumat yoxdur.
Xəbəri paylaş