Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Abşeronda avtomobil aşdı - sürücünün bacısı öldü, 2 nəfər yaralandı - VİDEO

Bakı-Şamaxı şossesində qəza zamanı bir nəfər ölüb.
RegionTV.info xəbər verir ki, yol-nəqliyyat hadisəsi şossenin Atyalı yaşayış massivinə düşən ərazisində qeydə alınıb.
Ağayev Elnur Fikrət oğlu 99-EF-564 dövlət nişanlı “Nissan” markalı avtomobili idarə edərkən sükana nəzarəti itirib. Nəqliyyat vasitəsi maneəyə çırpılaraq aşıb.
Qəza nəticəsində sürücünün bacısı - sərnişin, 1992-ci il təvəllüdlü Səlimova Sürəyya Mirsadiq qızı hadisə yerində ölüb. Sürücü E.Ağayev və onun xalası oğlu sərnişin Nicat Məmmədov ağır bədən xəsarətləri alıb.                                                                     


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də