Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. RegionTV.info xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb. Belə ki, traktor arxaya verərkən 1951-ci ildə Qəhrəmanov Adil Qəhrəman oğlunu vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona baldır nahiyəsinin sınığı diaqnozu qoyulub. Faktla bağlı araşdrıma aparılır.


