Goranboy rayonunda bir nəfərin ölümü, üç nəfərin xəsarət alması ilə nəticələnən hadisənin təfərrüatı məlum olub.
RegionTV.info-nun məlumatına görə, rayonun Quşçular kəndində Müzəffər Salmanovu “Mercedes” markalı avtomobil vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Hadisədən xəbər tutan mərhumun oğlu, 38 yaşlı Əsgər Salmanov "VAZ-2106" markalı avtomobillə atasını vuran şəxsi, Bəhruzu və onun atası, 1959-cu il təvəllüdlü Əli Nağıyevi vuraraq onlara xəsarət yetirib.
Daha sonra özü də maşınla qəzaya düşərək xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş