Tanınmış müğənni Əli Mirəliyev vaxtilə evli qadınla eşq məcərası yaşadığını, ondan bir oğlu olduğunu etiraf edib.
RegionTv.info xəbər verir ki, ARB telekanalında yayımlanan “Onun Sirri” proqramının qonağı olan ifaçı bu barədə danışıb.
O, illərlə başqa xanımdan olan uşağın atası olduğunu bilmədiyini deyib:
“Aeroportda onları yola salanda bildim ki, mənim oğlum var. Uşağın Bakıdan gedəndə 8-9 yaşı vardı, 1992-ci il idi. Mən evli idim. Onlar Azərbaycandan İsrailin Hayfa şəhərinə gedirdilər, başqa millətdən idi. Mənə demişdi ki, videokasetini ver, mən də yükləyib vermişdim ki, İsraildə qulaq assınlar. Aeroportda oturub kofe içirdik, uşaq da oynayırdı, birdən qadın baxdı mənə dedi ki, “bilirsən, bu sənin oğlundur?” Uşaq da özümə oxşayırdı, qaynayırdı, bir dəqiqə dayanmırdı, eyni özüm idim…Mərd qız idi. Dedi ki, narahat olma, mən sadəcə dedim ki, biləsən, biz gedirik, biləsən ki, yadigarın məndədir. Cavanlıq səhvim olub”.
Ə.Mirəliyev həmin qadınla toyların birində tanış olduğunu və hər ikisinin evli olduğunu qeyd edib:
“İndi Hayfa şəhərində yaşayır, əlaqəmiz yoxdur. Mən onu tanıyanda iki oğlu, bir qızı var idi. Məndən olan üçüncü oğlu idi. Qızı illər sonra əri ilə gəlmişdi, oturduq yemək yedik, söhbət etdik, anasının şəkillərini göstərdi. O uşağı mən böyütməmişəm, görməmişəm. Əziyyət çəkib saxlayanda dəyərini bilirsən, mən sadəcə ona həyat vermişəm, əziyyətini isə anası çəkib. Xanımla bir-birimizi sevməmişik, sadəcə macəra idi, çox şirin adam idi, konservatoriyanın yanında qalırdı. Əri də Bakıda olub, burada işləyirdi. Sonra ərini öldürmüşdülər. Biz xanımla toyların birində tanış olmuşduq, onda əri var idi”.
Həmin görüntüləri təqdim edirik:
Xəbəri paylaş