Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanda ŞOK: Qadın ərinə qız bəyənib, elçi getdi

Azərbaycanda ŞOK: Qadın ərinə qız bəyənib, elçi getdi - FOTO

Azərbaycanda 52 yaşlı Xədicə həyat yoldaşına qız bəyənərək elçilik edib.
RegionTV.info xəbər verir ki, bunu "Elgizlə izlə" verilişinə müraciət edən Xədicə adlı qadın bildirib.
Qadın əriylə 28 il evli olduqlarını deyib:
"28 ildən sonra həyat yoldaşıma qız bəyənib, evləndirdim. Elçiliyə həyat yoldaşımın anası ilə birlikdə getmişəm. Qızın ailəsinə özümü kişinin həyat yoldaşı kimi təqdim etdim. Qızı mən özüm bəyənmişəm. İstəyirdim ki, həyat yoldaşımın uşağı olsun. Çünki o, mənə çox yaxşı baxıb. Mən onkoloji xəstəyəm. Dərman içdiyimə görə övladım olmurdu. Əslində bir övladım olmuşdu. Amma ölü doğuldu. İstəmirdim ki, yoldaşımın həyatı mənə görə məhv olsun. Biz hamımız birlikdə yaşayırıq. Neyləyim ki, mənim həyatım da belə gətirdi?.."

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də