Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Rasim Məmmədovun bacanağı niyə intihar etdi? - ŞOK TƏFƏRRÜAT

Bir müddət öncə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilən “Baku Steel Company” MMC-nin direktoru olmuş Rasim Məmmədovun bacanağı Elşən Rəhimov intihar edib.
RegionTV.info xəbər verir ki, bu barədə ilk məlumatı iş adamı, sabiq deputat Nazim Bəydəmirli yayıb.
O bildirib ki, E.Rəhimov illər öncə elə “Baku Steel Company”də bacanağı R.Məmmədovla işləyib: 
“Daha sonra onların qanunsuz əməlləri ilə razılaşmayaraq etiraz edib və şirkətlə yollarını ayırıb. İddiaya görə, bundan sonra R.Məmmədov təzyiq edərək baldızının Elşən Rəhimovdan boşanmasına səbəb olub. Ardınca isə Elşən Rəhimov xaricə köçüb və orada karqo şirkəti yaradıb.
Onun ölkədən didərgin düşməsinə səbəb olan Rasim Məmmədovu DTX həbs edəndən sonra Elşən Rəhimov ailəsi ilə barışacağına ümid edərək Azərbaycana qayıdıb. Daha sonra Elşən Rəhimov keçmiş bacanağının istintaqına cəlb edilsə də, R.Məmmədovla əlaqəsinin olmadığı müəyyən edilib və sərbəst buraxılıb”.
Sabiq deputat əlavə edib ki, Ramazan bayramı günü Elşən Rəhimov növbəti dəfə həyat yoldaşı ilə görüşərək yenidən bir araya gəlmək istədiyini bildirib və lakin barışıq təklifi qəbul edilməyib: 
“E.Rəhimov bundan sonra Bakıda yerləşən binalardan birində özünü asaraq intihar edib. R.Məmmədovun dostlarından biri məlumatı təsdiqləyib. Qeyd edib ki, E.Rəhimovun boşanması sadəcə sənəd üzərində olub. O, ailəsi ilə mütəmadi əlaqə saxlayıb. Hüquq-mühafizə orqanlarından isə bildirilib ki, mayın 13-ü və 14-də Elşən Rəhimov adında şəxsin intihar etməsi ilə bağlı rəsmi informasiya mövcud deyil”.
Xatırladaq ki, R. Məmmədov ortağı, AMEA prezidenti Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyev və kürəkəni, sabiq deputat İlham Əliyevin şikayəti əsasında saxlanılıb. Onlar ərizələrində bildiriblər ki, Rasim Məmmədov birinin 4 milyon, digərinin isə 3,5 milyon dollar vəsaitini mənimsəyib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də