Bakı şəhəri üzrə həftədə 5 gün dərs keçiriləcək məktəblər açıqlanıb.
RegionTV.info xəbər verir ki, Bakı şəhəri üzrə Təhsil İdarəsindən cavab olaraq bildirilib ki, bununla bağlı Təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.
Əmrə əsasən, layihə tutumu və şagird sıxlığı imkan verən (sosial məsafə 1,5 metr gözlənməklə) 16, 44, 50, 122, 140, 153, 161, 173, 231 nömrəli ümumi təhsil müəssisələrində pandemiya qaydalarını gözləməklə I-IX siniflərdə həftədə 5 gün dərslər keçiriləcək.
Xəbəri paylaş