Ötən il keçirilən prezident seçkilərindən sonra formalaşdırılan yeni komandanın ən gənc üzvü kimi Əmək və Əhalinin Sosial Müdafiəsi naziri vəzifəsinə təyinat alan Sahil Babayev artıq bir ilə yaxındır ki, fəaliyyət göstərir.
Bir il ərzində nazirlikdə ciddi islahatların aparılması ilə bağlı piar kompaniyası aparılsa da əslində ortada ciddi bir irəliləyiş yoxdur. Nazirin bir illik “islahatları” isə yarıtmaz kadr siyasəti, əlillərin müavinətinin müxtəlif bəhanələrlə kəsilməsi,ünvanlı sosial yardım alan yoxsul vətəndaşlara maliyyə dəstəyinin dayandırılması müqbilində xəstə, arıq heyvanların verilməsi və digər addımlarla ciddi narazılıq doğurub.
RegionTV.info bildirir ki, S.Babayevin apardığı kadr siyasəti nəticəsində nazirliyin aparatında ikitirəlik yaranıb.
Uzun illər burada işləmiş şəxslərin böyük əksəriyyəti Səlim Müslümovun kadrları adıyla uzaqlaşdırılıb, əvəzində isə yeni nazirin dostları iş başına gətirilib. Yeni təyinatlar isə nazirlikdə iş prinsipini nəinki müsbətə doğru dəyişib, əksinə vəziyyət daha da acınacaqlı hal alıb.
GUNinfo.az
Xəbəri paylaş