Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Sabirabadda 81 yaşılı qısqanc kişi 44 yaşlı arvadını ürəyindən bıçaqlayıb

Sabirabad rayonunda həyat yoldaşını bıçaqlayaraq qətlə yetirməkdə təqsirli bilinən Yaqub Eyyubovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
RegionTV.info  xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Nizami Quliyevin icraatına verilib.
İş üzrə məhkəmə hazırlıq iclası mayın 20-nə təyin olunub.
Qeyd edək ki, qətl hadisəsi Sabirabad rayonunun Qəzli kəndində baş verib. Həmin kəndin sakini, 1939-cu il təvəllüdlü Eyyubov Yaqub Abas oğlu qısqanclıq zəminində həyat yoldaşı, 1976-cı il təvəllüdlü Eyyubova Mətanət Əlihüseyn qızını bıçaqlayaraq qətlə yetirib. Ürək nahiyəsindən 2 bıçaq zərbəsi alan qadın xəstəxanaya aparılarkən yolda keçinib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də