Rəşid Behbudovun qızı Şuşaya niyə aparılmadı:
Tarix: 17-05-2021, 12:19 Xəbərə baxış: 160
Şuşada keçirilən "Xarıbülbül" festivalına Rəşid Behbudovun yeganə varisi Rəşidə Behbudova dəvət edilməyib.
RegionTV.info xəbər verir ki, bu barədə Behbudovanın həyat yoldaşı, “Space” televiziyasının rəhbəri vəzifəsini müvəqqəti icra edən Kamil Şahverdiyev məlumat verib.
O, “ən böyük şuşalı”nın varisinin bu festivala dəvət edilməməsindən təəssüfləndiyini yazıb:
“Şuşada "Xarıbülbül" festivalı möhtəşəm idi. Bu gözəlliyə baxmaqdan, bu əzəməti seyr etməkdən doymaq olmurdu.
Dünyanın dörd tərəfindən Azərbaycan mədəniyyətinin ən parlaq isimlərinin varisləri dəvət olunmuşdu bu möhtəşəm tədbirə.
Baxdıqca fərəh hissindən uçmağa qanad axtarırdıq... Təşkilatçılar var olsun!
Amma bir nüansı anlamadım, anlaya bilmədim, düşünürəm ki, heç kim anlamadı...
Nəinki ən Böyük Şuşalı, nəinki ən Böyük Qarabağlı, ən Böyük, çöx Böyük AZƏRBAYCANLI Rəşid Behbudovun yeganə varisi, ən köklü, ən əsilli Şuşalı Məcid Behbudovun nəvəsi, Qarabağın ən tanınmışlarından, Şuşanın ən zənginlərindən olan Behbudalı Behbudovun nəticəsi Rəşidə xanım Behbudova niyə layiq görülmədi işğaldan azad olunmuş ata-baba yurduna getməkdən?...
Ermənilərmi mane oldu buna?...”