Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Prezidentdən sərhəddəki gərginliyə reaksiya

RegionTV.info                                                                                                      
Hazırda sərhədin dəqiqləşdirilməsi prosesi gedir və Ermənistan tərəfi bu prosesə qeyri-adekvat reaksiya nümayiş etdirir. 

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev bu gün qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevlə telefon danışığı zamanı deyib. 

Onun sözlərinə görə, Ermənistanın bununla bağlı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etməsi isə məsələnin beynəlmiləlləşdirilməsi cəhdindən başqa bir şey deyil və bu, tamamilə əsassızdır, sərhəddə hər hansı bir toqquşma baş verməyib, vəziyyət sabitdir, danışıqlar davam etdirilir.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də