Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

69 ildir polad aparatın içində yaşayır, ağzı ilə kitab yazır, vəkillik edir

RegionTV.info                                                                                                     

74 yaşlı amerikalı Paul Aleksandrın həyat hekayəsi hər kəsi təəcübləndirir.
 
Paul uşaq ikən epidemioloji xəstəlik keçirdiyi üçün iflic olub. Yalnız başını tərpədə bilən Paul 69 ildir ki, "polad ağciyər" adlanan aparatın içərisində yaşamağa məhkumdur. Bu aparat daxildə vakum yaradaraq, xəstənin ciyərlərini oksigenlə təmin edir.
 
Boynundan aşağı bütün bədəni iflic olan Paul heç bir zaman ruhdan düşməyib, əksinə həyatında bir çox uğurlara imza atıb. Belə ki, o, "polad ağciyər" aparatı olmadan nəfəs ala bilməz, həmçinin cihaz düzgün işləmədikdə, nəfəs alması qeyri-mümkün olur. Lakin Paul bu vəziyyətdə universitet bitirib, vəkil olub. İnsanlar onu görəndə dəhşətə gəldiyini deyən qoca indi də ağzı ilə qələm tutaraq kitab yazır.
 
"Mənim həyat hekayəm keçmişinizin və ya əlilliyinizin sizin gələcəyinizi müəyyənləşdirmədiyinə bir nümunədir", deyə Paul iştirak etdiyi bir "YouTube" proqramında bildirib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də