Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Hərbi Hava Qüvvələri gecə təlimləri keçirib - VİDEO






Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Hərbi Hava Qüvvələrinin (HHQ) gecə və məhdud görmə şəraitində təlim uçuşları keçirilib.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, ssenariyə əsasən Su-25 və MiQ-29 tipli təyyarələr havaya qalxma və yerə enmə, şərti hava və yer hədəflərinin məhv edilməsi, kiçik və orta hündürlüklərdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqları icra ediblər.

Təlimlər zamanı pilotlar həmçinin, şərti düşmənin yerüstü hədəflərinin koordinatlarını təyin etməklə hava kəşfiyyatı da həyata keçiriblər.

Təlimlərdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.



Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də