Ağsu-Ağdaş yolunda sürət həddini aşmayan Hüseynov Elçin Hüseyn oğlu yüksək məbləğdə cərimələnib. Belə Dövlət Yol Polisi sürücüyə nə az-nə çox, düz 250 manat cərimə yazıb. Guya sürücü İXM: 328.4 maddəni (yolda müəyyən edilmiş hərəkət sürətini 61 km/saat və daha artıq aşmağa görə) pozub.
Bu tip məntiqsiz qərarlara DYP-nin fəaliyyətində tez-tez rast gəlirik.
RegionTV.info xəbər verir ki, bu məsələ ilə bağlı lent.az-a açıqlama verən DYP-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namidan Piriyev bildirib ki, araşdırmalar zamanı həmin qayda pozuntusunda texniki səhv aşkar edilib:
“Qeydə alınan cərimə və sürücünün həmin sürətlə radara düşməsi texniki səhvdir. Təbii ki, o sürətlə avtomobil getməz. Buna görə də sürücüyə tərtib olunan cərimə ləğv olunacaq”.
Qeyd edək ki, əgər vətəndaş DYP-nin belə biur qanunsuz hərəkətini ictimailəşdirməsə idi, yol polisi əməkdaşlarının ona qarşı daha bir qanunsuzluğuna yol açacaqdı.
Digər tərəfdən, hadisəni “texniki səhv” adlandıran DYP özünün texniki avadanlıqlarının düzgün və dəqiq işləməsinə də pul sərf etsə, pis olmaz.
Xəbəri paylaş