Kreml Rusiya Prezidenti Vlaidmir Putinin Nobel Sülh mükafatına namizədliyinin irəli sürülməsinə münasibət bildirib.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Kremlin V. Putinin namizədliyini irəli sürmədiyini bildirib.
“Lakin yaxşı olardı ki, ona bu mükafatı versinlər”, - deyə D. Peskov vurğulayıb.
Qeyd edək ki, rusiyalı yazıçı Sergey Komkov 2021-ci ildə Nobel Sülh mükafatı nominasiyası üzrə Vladimir Putinin namizəd göstərilməsi üçün müraciət etdiyini açıqlayıb.