Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Toylara icazə verilməlidir, bunu ləngitməyin adı yoxdur” - Deputat






“Qarşıdakı illərdə demoqrafik problemlərlə qarşılaşmamaq, narazı vətəndaşların işini yüngülləşdirməkdən ötrü toyların keçirilməsinə qoyulan qadağa aradan qaldırılmalıdır”. 

Bunu açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa bildirib.

F.Mustafa qeyd edib ki, toyların keçirilməsinə icazə verilərkən koronavirusla bağlı qaydalar sərtləşdirilməlidir:

“Fikrimcə, ümumi toyda iştirak edənlərin sayı 40-50 nəfərdən artıq olmamalıdır. Toyu idarə etmək üçün kiçik kollektivlə bir musiqiçi dəvət edilə bilər. Qonaq sayı az olarsa, zallarda sosial məsafənin gözlənilməsi də təmin edilər. Bütün qaydalara əməl edilməklə toyların keçirilməsinə icazə verilməlidir. Çünki bunu ləngitməyin bir adı yoxdur”. 

Deputat bildirib ki, toy mərasimi keçiriəcək vətəndaşlar qoyulacaq qaydalardan sui-istifadə etməməlidirlər:

“Elə etməlidirlər ki, yenidən qadağaya gətirib çıxaracaq özbaşınalıqlara yol verməsinlər. Daxil olan müraciətlərdən də görünür ki, xeyli insan bu qadağalardan əziyyət çəkir. Ona görə də bu məsələdə vətəndaşın xeyrinə qərar vermək lazımdır”.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də