Ülfət Tağıyev (Rufo Gəncinski)- 1981-ci il aprelin 12-də Gəncə şəhərində anadan olub. Mərhum qanuni oğru Rövşən Lənkəranskinin "sağ əli" olub.2015-ci il aprelin 1-də kriminal dünyada məşhur qanuni oğru "Ded Xasan"ın qətli üzrə əsas şübhəli olan Ülfat Tağıyev (Rüfət Gəncinski) digər cinayət üçün cəzasını ciddi rejimli koloniyada çəkməklə Moskva məhkəməsi tərəfindən 8 il azadlıqdan məhrum edilib.
Ülfət Tağıyev (Rufo Gəncinski) Aslan Usoyanın ("Ded Xasan") qətlinə görə cinayət yerindən getmək üçün plan hazırladığını özü etiraf edib.
Ülfət Tağıyev (Rufo Gəncinski) hələ 2013-cü ilin sentyabrında DİN və FTX İdarəsinin əməkdaşları tərəfindən Moskvada saxlayıblar.
2013-cü ildə o, Lyublinsk bazarının təsisçilərindən birini, öz həmvətəni olan Elham Əliyevi güllələyib.
RegionTV.info bildirir ki, lakin 2013-cü ilin sentyabrında "Matrosskaya Tişina" müvəqqəti saxlanma təcridxanasında "oğru" Miriko Kutaisski tərəfindən bu addan məhrum edilib.
O, paytaxta Türkiyə vətəndaşının pasportu ilə, saxta sənədlərlə gəlib.
Əməliyyatçıların məlumatına əsasən Ülfət Tağıyev (Rufo Gəncinski) nüfuzlu qanuni oğru Rövşən Caniyevin (Rövşən Lənkəranski) yaxın əhatəsinə daxil idi və o, eləcə də digər qanuni oğrular tərəfindən 2012-ci ildə dekabrın 10-da Dubayda qanuni oğru adı almışdı.
2015-ci ildə Ülfət Tağıyevə (Rufo Gəncinskiyə)Türkiyədə keçirilən "sxodka"da bu ad ona geri qaytarılıb.
Onların hamısı "Ded Xasan"ın başçılıq etdiyi qanuni oğrular qruplaşmasına qarşı olan mafiya klanının üzvləri idilər. Ded Xasanın qatili olmasına dair əsas versiyanın da səbəbi məhz budur.
"Tağıyev Ulfət (Rufo Gəncinski) uzun müddət "Ded Xasan"ın əsas düşməni olan Rövşən Lənkəranskinin bandasının "ştatda olan" killeridir ", - nəşrə hüquq-mühafizə orqanlarından olan mənbə bildirib. Qeyd edilir ki, Rüfət Gəncinski "Ded Xasan"ın qətlinin sifarişçilərinin adını deməkdən imtina edib.
Bu ərəfədə Lyublinsk rayon məhkəməsi Rüfət Gəncinskini Cinayət Məcəlləsinin maddə 105 ("Qətl") və maddə 222 ("Qanunsuz silah dövriyyəsi") üzrə ittiham edilib.
Xəbəri paylaş