
Poitoloq Məhəmməd Əsədullazadə RegionTV.info-ya bu açıqlamanı edərək qeyd etdi ki, dövlət sərhədlərinin müəyyənləşməsi 10 noyabr birgə Bayənnaməsinə uyğun olaraq aparılır.

Ermənistan tərəfinin ciddi şəkildə prosesə Rusiya, Fransa və ABŞ cəlb etməsinə baxmayaq, rəsmi Bakı konkret olaraq öz mövqeyində qalır. Çünki, geri çəkilmək Azərbaycanın Qarabağdakı proseslərdə mövqeyinə mənfi təsir etməklə yanaşı, Qazaxın yeddi kəndi və NMR Kərki kəndinin Ermənistanın nəzarətində qalması ilə nəticələnə bilər".
Məhəmməd Əsədullazadə deyir ki, bu gün Ermənistanın silahlı qüvvələri Azərbyacanın ərazisindədir. Məhz Qrabağda silahlı erməni birləşmələri qalır, Qazaxın yeddi kəndi də onların nəzarətindədir. Azərbaycan konkret olaraq Rusiya, Fransa və ABŞ-a məhz bu detalları xatırlatmalı və "Geri çəkiləcək varsa, bu Ermənistan tərəfi olmalıdır"- deməlidir.
"Nə qədər ki, erməni silahlıları Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasında qalıb və Qazaxın yeddi kəndi boşalmayıb Ermənistana ciddi təzyiqlər labüddür. Qeyd edim ki, dövlət sərhədlərinin SSRİ dövründəki xəritəsi həm Bakıda, həm Yerevanda və Moskvada var. Daha dəqiqləşmə üçün Moskvada saxlanılan xəritələrdən istifadə edilə bilər. Amma, Ermənistan buna razılaşmayacağı şübhəsizdir. Bir müddən bundan əvvəl Ermənistan tərəfindən Zəngilan istiqamətindən Azərbaycan hərbiçilərinə atəşin açılması və yeni planların qurulması Azərbaycanın hərəkətə keçməsi ilə nəticələndi.
Hazırda sərhədlərin delimatasiya məsələsində Moskva reallığı bildiyi üçün Azərbaycana təzyiq edə bilmir. Hazırkı prosesdə Rusiya da Azərbaycanla əlaqələri pozmayacaq. Azərbaycan Ermənistana ciddi təzyiqlər edir ki, təxribatçı fəaliyyətindən və Zəngəzur dəhlizi ilə bağlı üzərinə götürdüyü öhdəliklərə əməl etsin. Həmçinin Qarabağdakı erməni separatçılarının silahlı birləşmələrinə logistik dəstəyi geri çəksin".
Məhəmməd Əsədullazadə xüsusilə vurğuladı ki, Fransanın mövqeyi reallığa təsir edə bilməyəcək. Prezident İlham Əliyev Zəngəzurla bağlı siyasətində ciddi irəlliyişlər əldə edir. Bu, Qarabağda erməni separtizminə böyük zərbədir. Sabah, Azərbaycan hərbiçiləri Göyçə gölündə əllərini yuya bilər.