
RegionTV.info xəbər verir ki, bu barədə "Sinxua" agentliyi bildirib.
Agentliyin məlumatına görə, 11 sərnişinin olduğu furqon şərqi Pəncab əyalətində kanala düşərək batıb. Həlak olanlar arasında uşaqlarla yanaşı, həmçinin üç qadın və bir kişi də var. Onların hamısı bir ailənin üzvləridir.
Şahidlərin dediyinə görə, qəzaya sürücünün nəqliyyat vasitəsinə idarəetməni itirməsi səbəb olub.