
"Keçən həftə ərzində sülhməramlı kontingentin məsuliyyət daşıdığı zonada atəşkəs pozuntusu qeydə alınmayıb, Rusiya hərbçilərinə qarşı təxribat xarakterli hərəkətlər edilməyib", - deyə Rusiya Müdafiə Nazirliyi bildirib.
Rusiya sülhməramlı kontingentinin müşahidə məntəqələrinin heyəti müntəzəm olaraq döyüş hazırlığı fəaliyyətləri, pozuntuların və müşahidə məntəqələrinə mümkün hücumların qarşısını almaq üçün təlimlər keçirir.