Azərbaycanda şəhidlərin adının əbədiləşdirilməsi üçün təqdirəlayiq addım: Barelyeflər qoyulur - FOTO
Azərbaycanda iki şəhidin evinin qarşısına barelyef yerləşdirilib.
Bu barədə ictimai fəal Elnur Əliyev bildirib.
Onun sözlərinə görə, ötən gecə 2016-ci ildə Aprel döyüşləri zamanı şəhid olan mayor Urfan Vəlizadənin və 1992-ci ildə Qarabağ uğrunda döyüşlərdə şəhid olan İrza Bayramovun barelyefləri yaşadıqları evin qarşısında yerləşdirilib.
O qeyd edib ki, bu, yeni aksiyadır:
“Şəhidlərin adlarının əbədiləşdirilməsi üçün evlərinin qarşısına barelyef hazırladıb, yerləşdirilməsinə başlanılıb. İlkin olaraq 400 şəhidin evinin qarşısında barelyef yerləşdiriləcək. Aksiyanı dostlarımın maliyyə dəstəyi ilə həyata keçiririk”.
E.Əliyev vurğulayıb ki, hər gün bir TIR təkər yükləyərək, cəbhə bölgəsinə göndərirlər.