Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ən çox subbakalavr II ixtisas qrupu üzrə ali məktəbə daxil olub






Azərbaycanda ən çox subbakalavr II ixtisas qrupu üzrə ali məktəbə daxil olub.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, bu il ali məktəbə ümumilikdə 5785 subbakalavr qəbul olunub.

Onların 3322 nəfəri II ixtisas üzrə ali məktəbə daxil olaraq, tələbə adını qazanıb.

Daha sonra isə I ixtisas qrupu üzrə ali məktəbə daxil olan subbakalavrların sayı üstünlük təşkil edir. Bu qrupda 1995 subbakalavr tələbə adını qazanıb.

Bu il III ixtisas qrupu üzrə 42, IV qrup üzrə 372, V qrup üzrə 54 subbakalavr ali məktəb tələbəsi ola bilib.

Qeyd edək ki, Azərbaycanda kolleci bitirən subbakalavrlar qəbul imtahanlarında iştirak etmədən ali təhsil müəssisələrinə qəbul ola bilərlər. Lakin bu imkan yalnız subbakalavr dərəcəsi alan (2012-ci ildən sonra kolleci bitirən) məzunlara aiddir.

Subbakalavrlar yalnız orta ixtisas təhsili səviyyəsində təhsil aldıqları tədris dilinə və bitirdikləri ixtisasa uyğun olan ixtisasları seçə bilərlər. Qəbul aparılan ixtisasların uyğunluğu Dövlət İmtahan Mərkəzi ilə razılaşdırılmaqla, Təhsil Nazirliyi tərəfindən müəyyən edilir.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də