
RegionTV.info xəbər verir ki, bu barədə "Səni axtarıram" verilişində bacısını axtaran qadın danışıb.

"Anama qızı olduğunu söyləyiblər. Amma bacım dünyaya gələndə həkimlər xəstəxanada anama oğlan uşağı veriblər. Anam da "Bu mənim uşağım deyil" deyib . Sonra başqa bir qız gətiriblər. Anam yenidən o uşağın da onun övladı olmadığını bildirib. Xəstəxanadan çıxanda birinci gətirib verdikləri oğlan uşağını anama veriblər. Bu hadisə 1967-ci ilin martın 14-də Balakən rayonundakı doğum evində olub".