Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Vətən eşqini, torpağa sevgini yaradan amillərdən biri də budur...”






“Düşmən səni küncə sıxışdırır, məhv etmək istəyir, amma sən bütün bunlara baxmayaraq ayaq üstə durursan və mübarizə aparırsan. O ağrı-acı heç vaxt insanların xatirəsindən getmir”

Bunu açıqlamasında tənqidçi Cavanşir Yusifli deyib. O, ədəbiyyatımızda Qarabağ mövzusunda kifayət qədər samballı əsərlərin olduğunu bildirib:

“Mənim Qarabağa həsr olunmuş hekayə və romanlar haqda geniş yazılarım mətbuatda işıqlandırılıb. Bizim Qarabağ, vətən mövzusu ədəbiyyatda necə görsənir? Burda suallar çoxdur. Əvvəl yazılan əsərlərlə, indikilər nə qədər fərqlənir? Bütün bu suallara əvvəlki yazılarımda cavab vermişəm. Hər bir bədbəxtliyin əlbəttə ki, insanlar üçün pozitiv tərəfləri də var. Məsələn, o hekayələrdə dəhşətli epizodlar da var. Məsələn, müharibə vaxtı bir qrup insanlar gözünü açıb görür ki, onlar çölün düzündə yiyəsiz qalıblar. Vətən eşqini, torpağa sevgini yaradan amillər sırasında bu da var. Düşmən səni küncə sıxışdırır, məhv etmək istəyir, amma sən bütün bunlara baxmayaraq ayaq üstə durursan və mübarizə aparırsan. O ağrı-acı heç vaxt insanların xatirəsindən getmir. Həm də ki, bu həmin o çölün düzündə qalan insanlarda daha güclü dövlət yaratmaq, daha güclü dövlətə malik olmaq ehtirası yaradır. Onlar bir daha əllərində olan şeyləri kimsəyə vermək istəmədiklərini sübut etmiş olurlar. 

Qarabağ mövzusunda kifayət qədər sanballı əsərlər yaranıb. Onların arasında xeyli mətnlər var ki, qənaətbəxişdir. Yazıçı Xəyyamın, “Qumru” hekayəsi, Samirə Əşrəfin demək olar bütün əsərləri Qarabağ mövzusuna həsr olunub. Bununla yanaşı, lap əvvələ gedəndə Sabir Əhmədlinin oğlunun şəhid olmasıyla bağlı çox yaxşı romanı var və bu da Qarabağ mövzusunda yazılmış nümunələrdən biridir”. 

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də