Sabirabad rayonunda 14 yaşına çatmayan qızla cinsi əlaqədə ittiham olunan 1991-ci il təvəllüdlü Rasim Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
RegionTV.info -nun xəbərinə görə, Rasim Məmmədov 20 yanvar 2020-ci il tarixdə yaşadığı Sabirabad rayonu Beşdəli kəndindəki evinə qonaq gəlmiş qohumu, 2006-cı il təvəllüdlü Səbinə Əhmədova (ad və soyad şərti verilib – red.) ilə yaşadığı evin yataq otağında cinsi əlaqədə olub.
Azyaşlı qızın bakirəliyi pozulandan sonra Rasim Məmmədovun onunla evlənməsinə şərait yaradılıb.
Bu səbəbdən Səbinə Əhmədova fevralın 1-də Rasim Məmmədovun yaşadığı evə gətirilib.
Rasim Məmmədov 14 yaşlı qızla fevralın 27-dək olan müddətdə qeyri-rəsmi ər-arvad münasibətlərində yaşayıblar.
Bu müddət ərzində Rasim Məmmədov dəfələrlə 14 yaşına çatmayan qızla cinsi əlaqədə olub.
Xəbəri paylaş