RegionTV.info
İsmayılov Fərman Vəlican oğlu anadangəlmə xəstə övladı Aminin müalicəsi üçün Azərbaycanın xeyirxah insanlarından kömək istəyib.Abşeron rayonun Ceyranbatan qaəsəbəsinin DOST MMC- də 215 manata təmizlik işində çalışan Fərman kişi bildirir ki, aldığı məvacib nə evin dolanışığına nədə ki, xəstə övladının müalicəsinə çatır…!
Anadangəlmə aşağı ətrafın Serebral ifliç xəstəsi olan İsmayılov Aminin səhhətində getdikcə ciddi problem artıb. 13 yaşlı Aminin vaxtından əvvəl dünyaya gəldiyinə görə belə qüsur aşkarlanıb. Amini indiyədək bir neçə dəfə müalicə edilsədə irəliləşiş mümkün olmayıb.
Nəhayət 2020 -ci ilin sonunda “Ömür” klinikasında aparılan müayinələr nəticəsində isə 13 yaşlı Aminin müalicəsinin düzgün aparılmadığı üzə çıxıb. Amini müayinə edən həkim Sultanov Hüseyn aşağı ətrafın Serebral ifliç xəstəsi olan İsmayılov Amini tam ayağa qaldıra biləcəyini bildirib. Bunun üçünsə düzgün müalicə və əməliyyat lazım gələcək deyə həkim bildirib. Lakin ailənin maddi durumu lazım olan məbləği ödəməyə imkan vermir.
Aminin atası Fərman kişi dolanışığın ağır olduğu vaxtda xəstə övladının mülicəsini həyata keçirə bilmədiyini deyir. Fərman kişi deyir: ” iki ill nəzərdə tutulan bu müalicə və əməliyyat üçün bizdə lazım olan qədər pul yoxdur. Ailə büdcəmiz buna imkan vermir. Bir çox imkanlı adamlara xahiş etmişəm, yuxarılara yalvararaq yazmışam xəstə balama yardım edin əməliyyat olsun. Amma kimsə səsimə səs verməyib. Ümid yerim Azərbaycan xalqıdır. Mən hər bir azərbaycanlıya yalavarıram, Azərbaycan xalqının xeyirxah insanlarına bir daha üz tutub xahişim edirəm, heç olmasa Ramazan Bayramında fitrə zəkatlarınızı övladımın müalicəsi və əməliyyatı üçün bizə verin”.
Aminin əməliyyatı üçün bank hesabları açılıb. Gəlin, 13 yaşlı gələcəyin əsgəri üçün köməyimizi əsirgəməyək!
Bu orucluq ayında edə bilcəyiniz savabı Aminin yeriməsinə onun sağlamlığına qovuşaqraq tay-tuşları kimi Allahın da köməkliyi ilə qaçıb oynamağına sevinməyinə yardımçı olaq…!
Xəbəri paylaş