Tibb tarixində bir ilk yaşanır. Kolumbiya Universitetinin nano cərrahiyə əməkdaşları başda Ken Şepard olmaqla, ilk dəfə iynə ilə bədənə yeridilə bilən çipi təqdim ediblər.
RegionTV.info xəbər verir ki, bu barədə texnobloger Fərid Pərdəşünas deyib.
"Bu çip o qədər kiçikdir ki, mikroskop altında görünür. Bu dünya tarixində bəlkə də ən kiçik kompüter hesab oluna bilər. Çip hələ ki, bədəndəki temperaturu ölçə bilir. Elm adamlarının hədəfi növbəti mərhələdə çip ilə şəkəri, oksigeni və digər tibbi detalları ölçməkdir. Bu texnologiyanın gələcəyi möhtəşəmdir. İnsanlar çip daşıyaraq bədənindən məlumatları lazımi şəkildə ala biləcəklər. Bunun tətbiqinə yəqin ki, hələ uzun illər var".
Xəbəri paylaş