Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

İlham Əliyev və Mehriban Əliyeva “Xarı Bülbül” otelinin açılışında iştirak ediblər - Foto

 Mayın 12-də Şuşada “Xarı Bülbül” otelinin yenidənqurmadan sonra açılışı olub.

RegionTV.info xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva açılışda iştirak ediblər.

Dövlətimizin başçısı oteldə yaradılan şəraitlə tanış oldu.

Məlumat verildi ki, oteldə ümumilikdə 49 otaq var. Onların hamısı qonaqların qalması və rahat istirahət etməsi üçün bütün zəruri infrastrukturla təchiz olunub. Bu cür obyektlərin istifadəyə verilməsi Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın turizm potensialının möhkəmləndirilməsində çox mühüm rol oynamaqla yanaşı, işğaldan azad edilmiş ərazilərimizdə, o cümlədən tarixi Şuşa şəhərində icra olunan sosial layihələrin ardıcıl və sürətlə davam etdiyini göstərir.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də