Türkiyə ordusu İraqın şimalında yerləşən Qəndil dağını 4 tərəfdən əhatəyə alıb.
Axar.az xəbər verir ki, bu barədə “Sabah” məlumat yayıb.
Məlumata görə, “Pəncə” və “Pəncə-Qaplan” əməliyyatları çərçivəsində bölgə PKK terrorçularından təmizlənib.
Əməliyyatlardan sonra Qəndilə gedən bütün yollarda və bölgədəki yüksəkliklərdə təhlükəsizlik qüllələri və hərbi bazalar inşa edilib.
Bildirilir ki, 90-cı illərdə aparılan əməliyyatlar zamanı Türkiyə ordusu bölgədə müvəqqəti qalırdı. Təxminən 35-40 gündən sonra ordu bölgədən Türkiyəyə qayıdırdı. PKK da bundan istifadə edərək yenidən ərazidə möhkəmlənirdi. “Pəncə” əməliyyatları ilə terrorçulardan təmizlənən bölgələrdə hərbi bazalar yaradıldı. Türkiyə ilə İraq Kürd Muxtariyyəti arasında əldə olunan razılığıa əsasən bazalarda Peşmərgə xüsusi qüvvələri də yer alıb.