Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanda ağır qəza - bir ailənin üç üzvü xəsarət aldı

 Bakı-Qazax avtomobil yolunun Ağdaş rayon ərazisində keçən hissəsində avtomobil qəzası olub.
RegionTV.info-nun məlumatına görə, "Hyundai" markalı minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq yolun kənarına aşıb.
Qəza nəticəsində avtomobildə olan bir ailənin üzvləri - Biləsuvar rayon sakini, 1963-cü il təvəllüdlü Təranə Tofiq qızı İmanova, Bakı şəhər sakini, 1951-ci il təvəllüdlü Səxavət Əliş oğlu İmanov və oğlu, 1983-cü il təvəllüdlü Elməddin Səxavət oğlu İmanov xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib.
Avtomobildə olan digər 2 nəfər isə xəsarət almayıb.
Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də