
RegionTV.info-nun xəbərinə görə, mənzillərin təqdimetmə mərasimi Suraxanı rayonunun Ramana qəsəbəsində (keçmiş məcburi köçkünlər üçün binalar, Şuşa şəhərciyi) baş tutacaq.
Qeyd edək ki, Prezident İlham Əliyevin 25 yanvar 2021-ci il tarixli Sərəncamı ilə 2021-2025-ci illərdə şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 11 min, o cümlədən 2021-ci ildə 3 minədək mənzil və fərdi ev veriləcək.
Bu gün verilən mənzillər də daxil olmaqla 2021-ci ilin planı üzrə artıq 370 mənzil şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə, müharibə əlillərinə bərabər tutulan vətəndaşlara verilib. Ümumilikdə indiyədək həmin kateqoriyadan olanlara 9570 mənzil və fərdi ev verilib.