Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

SON DƏQİQƏ! Türkiyə əməliyyata başladı: Qırıcılar havadan zərbə endirir

 Türkiyə ordusunun İraqın şimalındakı Avaşin-Basyan ərazisində keçirdiyi “Pençe-Yıldırım” əməliyyatı çərçivəsində PKK-nın 5 terrorçusu hava zərbəsi ilə məhv edilib.
RegionTV.info xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi bildirib.
"Güclülər, qətiyyətlilər və qüdrətilər! Biz İraqın şimalında terrorçuların yuvalarını dağıtmağa davam edirik. Daha beş PKK terrorçusu Türkiyənin Hərbi Hava Qüvvələri tərəfindən zərərsizləşdirilib", - Müdafiə Nazirliyini xəbərində deyilir.
Türkiyənin Hərbi Qüvvələri “Pençe-Yıldırım” əməliyyatı çərçivəsində terrorçuları zərərsizləşdirməyi davam etdirəcəklər. İraqın şimalında keçirilən əməliyyat aprelin 24-də başlayıb.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də