
Alimpaşa Məmmədovun həbsindən sonra isə belə iddialar səsləndirilir ki, növbədə məhz bu rayonların icra başçılarıdır. Bu barədə mediada da məlumatlar yayılıb. Ancaq onu da qeyd edək ki, anti-korrupsiya aktlarından nəticə çıxarmayan icra başçılarından biri də Qazaxın rəhbəri Rəcəb Babaşovdur. O, 2016-cı ildən bu vəzifədədir.
Sosial şəbəkələrdə və mediada yayılan məlumatlara görə, Rəcəb Babaşov Qazaxın icra başçısı olduqdan sonra yerli qurumları mərkəzdən köçürməyə başlayıb. Onların inzibati binalarını isə müxtəlif iş adamlarına satır.
İddialara görə, Hərbi Komissarlığın binası “Abu-Life” Ticarət Mərkəzinin sahibinə satılıb. Komissarlıqla üzbəüzdə yerləşən Mütəfəkkirlər Parkının bir hissəsinin satılaraq yerində obyekt tikildiyi barədə də məlumatlar var.
Həmçinin bildirilir ki, icra başçısı Avey Dövlət Tarix Mədəniyyət Qoruğunun inzibati binasını da satıb. İddia olunur ki, binanı Qazaxın icra nümayəndəsi Akif Vəliyev alıb. Amma alqı-satqı müqaviləsi icra nümayəndəsinin qohumlarından biri ilə bağlanıb və əmlak həmin şəxsin adına rəsmiləşdirilib.
İnternet resurlarında araşdırma apararkən Rəcəb Babaşovun başqa qanunsuz əməlləri barədə də saysız-hesabsız materiallara rast gəlinir.