Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

"Neftçilər xəstəxanasının direktoru Musa Abbasov üçün xəstənin canı cəhənnəmlikdir"

 RegionTV.info                                                                                                                                                             
Neftçilər xəstəxanasının insanlıqdan kənar davranışlar göstərən direktoru : "Atanız bir aydır buranı "zanit" edib, bəlkə iki ay qalacaq, xəstənizi köçürün"Nələr gördüm , İlahi....
Papamın bircə canı vardı və onu da illərdir tənqid etdiyim, çirkab içində olan səhiyyə və onun insanlıqdan xəbəri olmayan idarəçiləri ucbatından itirdi. Sözsüz, hamımız öləcəyik, amma...

Çox xəstəxana kimi, Neftçilər xəstəxanasının da direktoru Musa Abbasov və onun komandası, ancaq tibbi protokol üzrə hərəkət edənlər üçün xəstənin canı cəhənnəmlikdir. Xəstəyə fərdi yanaşmayanlar Covid adı ilə xəstəxanaya gedən atamı qanaxmadan qurtara bilmədilər. Atam Covidi aşmışdı, boğularaq canını tapşırsaydı, gec xəstəxanaya çatdırılsaydı, yan xəstəlikləri olsaydı, anlamaq olardı. Amma müsbət dinamika ilə yaxşılaşan insan baxımsızlıqdan, səhlənkar münasibətdən vaxtında izolyasiya olunmadı, xəstəxanadaxili infeksiyalara yoluxdu və bu üzdən yüksək dozalı antibiotiklərin qurbanı oldu, qaraciyər və böyrəyi sıradan çıxdı... septik şok!

Atam reanimasiyaya yerləşdiriləndə psixoloji zərbəyə məruz qaldı, panik ataka girdi, "buradaca qızınla vidalaş" deyən "həkim" insan ola bilməz!!!
22-ci gündə də İntubasiyada olan atam ayılanda həkim bacım ona bir necə gün psixoloji dəstək vermək istəyirdi, xəstənin reabilitasiyası başlamalı idi. Bacımın dəstəyi ilə atamın müayinə və vəziyyəti həkimlərin də çoxunun dediyi kimi müsbətə gedirdi. Hətta həkim fizioterapevt (öz istəyimiz ilə) də massaja başlamışdı. Amma olmadı. Çünki xəstəxana direktoru jurnalist olduğumdan xəbər tutdu və bacımı qovdu.


"Xəstəniz covid deyil artıq, bəlkə 2 ay burda qalacaq, zanit edir buranı, köçürün xəstənizi " dedi və qorxdu... O xəstəxanada saysız nöqsanı olduğunu qəşəng bilirdi. Reanimasiyada xəstələrə ancaq növbəli reanimatoqlar baxırdı. Kompleks müalicə və başqa profilli həkim yox idi. Özümüz bir necə həkim gətirdik. Təsəvvür edin, atamın gec ayılmağının səbəbindən biri ona iki həftədən çox müddətdə vitamin vurulmaması idi. Vicdansızlıq! Bizim təkidlə multivitamin vuruldu. Xəstəmizdən bezən Samirə həkimin davranışları, bacımın sualları atamın sonunu gətirdi. atamdan qurtulmaq istəyirdilər! Bu müddətdə TƏBİB-ə sorğu göndərirdi ki, axı atam covid deyil, niyə sağalmır? TƏBİB Musa Abbasova bu sualı verdi, amma bundan sonra bacım oradan qovuldu. Necə oldusa, yaxsılaşan atam bacım xəstəxananı tərk edəndən sonra pisləşdi.

Halbuki TƏBİB-dən aldığım son məlumatda "atan cətin etapı ötürüb, səbrli olun, müsbət dinamika, saturasiya normal, huşu aydındır" deyildi . Bacım Musa "həkim" ə zəng vurdu ki, izn verin atama dəstək olum, izn verin onu görüm dedi. "İstirahətdəyəm ailəmlə, narahat etməyin" dedi..
Öz kolleqasına hörmətsizlik edən və atamın ölümünü tezləşdirmək üçün planlar quran insan ola bilməz!

Bacım 3 gün xəstəxana həyətində qaldı və yalvardı ki, atama - qolu bağlı, bir aya yaxındır ac və yuxulu qalan, ağzı, boğazı intubasiya borusundan sonra yaralı olan və danışa bilməyən insana dəstək lazımdır ki, özünə gəlsin. Yenə olmadı... 3 gün sonra bacıma zəng edib "gəl atanı gör" dedilər. Bacım atamda qanaxmanın başladığını dedi, atam 3 gün içində necə belə ağırlaşdı????? Tanınmaz hala gəldi , o qədər əziyyətdən və tam bir ay sonra canını tapşırdı. Növbəti qurban O oldu.
Bir qrup gözü puldan başqa heç nə görməyən şərəfsiz, alçaq yığını, sizin də əzizləriniz var! Və Musa kimi adam Yeni Klinikanı da artıq idarə edir, yəni ölkədə ondan başqa adam yoxdur. Özü ixtisasca reanimatoloqdur, amma xəstə yerləşdirib pul qazanmaqdan sənəti ilə məşğul ola bilmir.

Həkim əvvəlcə insan, onra həkim olmalıdır. Bəli, reanimasiyada canla başla xəstəyə xidmət göstərənlər də var, amma qansız rəhbərlik, tibb işçisi olanlar belə insanları kölgədə qoyur.

Papama qan verən bütün dostlara, dəstək verənlərə sonsuz minnətdarlıq. Allah əzizlərinizi qorusun!

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də