“Vaksinlərin Azərbaycanda istehsalı mümkün görünmür. Xaricdən vaksin almaq isə iki formda ola bilər”.
Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva bildirib.
TƏBİB rəsmisi qeyd edib ki, istehsalçı şirkətlərlə ikitərəfli danışıqlar və çoxtərəfli platforma əsasında vaksin almaq mümkündür:
“Biz burada istehsalçı şirkətlərlə birbaşa danışıqlara getmirik. Ancaq bunun mənfi cəhəti odur ki, vaksin seçimi imkanı verilmir. Ancaq ölkələrə təklif edilən vaksinlər üçüncü kliniki fazanı keçmiş vaksinlər olacaq. Biz bu halda əhalinin 20 faizini əhatə edəcək vaksinlər sifariş edə bilərik.
İstehsalçı şirkətlə ikitərəfli danışıqlarda alışda sərfəli şərtlərə nail olmaq mümkün olsa da, bunun mənfi cəhəti də var. Burada məsuliyyət bizim öz üzərimizdə qalır. Biz istehsalçı şirkətlərlə danışıqlar da aparırıq. Biz üçüncü klinik mərhələdə olan peyvənd istehsalçısı şirkətlərlə danışıqlar aparırıq. İstehsalçı şirkətlərdən texniki tələbləri də artıq almışıq”.