Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Türkiyə əsgərlərini geri çəkir - Bunu heç kim gözləmirdi

 Türkiyə Əfqanıstandakı qüvvələrini geri çəkir.
RegionTV.info xəbər verir ki, bu barədə ABŞ-ın “Wall Street Journal” nəşrinin xüsusi xəbərində yazılıb. Məlumata görə, Türkiyə rəhbərliyi məsələ barədə ABŞ-a və NATO-ya məlumat verib. Bildirilir ki, Ankara amerikalı hərbçilərin Əfqanıstandan çəkilməsinə görə belə qərar qəbul edib. Türkiyə rəhbərliyinin bu gözlənilməz addımı Əfqanıstandakı digər xarici ölkələri də narahat edib. İddialara görə, Avropa ölkələri Türkiyənin Əfqanıstandan çıxacağı təqdirdə oxşar addım atacaq.
Qeyd edək ki, Əfqanıstanda 20 xarici ölkənin hərbçilərinin olduğu bildirilir.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də