Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

SON DƏQİQƏ: Oglan valideynlərinə VACİB xəbər - Əsgərliklə bağlı...

RegionTV.info                                                                                              
Azərbaycan Ordusu önündə duran ən mühüm vəzifələrindən birini 44 gün ərzində artıq icra edib. Amma bu, o demək deyil ki, vəzifələrimizin hamısı artıq yerinə yetirilib. Çünki digər vəzifələr, məsələn, azad olunan ərazilərdə təhlükəsizliyin təminatı, onların yerləşdirilməsi, həm İranla, həm də Ermənistanla sərhədlərin möhkəmləndirilməsi, sərhəd xəttinin qurulması, zastavaların inşası və s. istiqamətində hələ də silahlı qüvvələrimizin qarşısında icrası davam edən böyük vəzifələr durur. Bunlar da aktiv yerinə yetirilməkdədir.
Bunu açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
Ekspert bildirib ki, Azərbaycan yaxın illərdə peşəkar ordu istiqamətində daha ciddi addımlar atacaq:
"Hazırda Azərbaycanda hərbi müddətin artırılması üçün hansısa addımlarda, hansısa qanunvericilik aktlarında dəyişiklik ediləcəyini düşünmürəm. Bilirsiniz ki, əksinə olaraq Azərbaycan yaxın illərdə peşəkar ordu istiqamətində addımlarını artıracaq, o cümlədən ordunu kompakt, lakin keyfiyyət göstəricilərini daha üst səviyyəyə çıxarmaq üçün çalışacaq. Bu addımlar peşəkar ordu yaradıcılığının bir hissəsi olacaq.
Azərbaycan Silahlı Qüvvələrində döyüş hazırlıq səviyyəsini təyin edən vəzifələrə həqiqi hərbi xidmətə çağırılan əsgərlər əvəzinə müddətdən artıq xidmət edən hərbi qulluqçular təyin edilir. Bu isə peşəkarlıq baxımından Azərbaycan Silahlı Qüvvələrinin tələbatını ödəmək üçün kifayət edir".
Qeyd edək ki, hazırda ölkəmizdə orta təhsilli şəxslər 1 il 6 ay, ali təhsilli şəxslər isə 1 il müddətində hərbidə xidmət edirlər.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də