Nigeriyanın mərkəzində Şiroko çayında göyərtəsində 100 sərnişin olan gəmi batıb.
RegionTV.info-ya verdiyi məlumata görə, bunu ölkənin fövqəladə hallar üzrə dövlət agentliyinin rəhbəri Əhməd İnqa deyib.
Onun sözlərinə görə, gəminin batması nəticəsində 28 nəfər həlak olub: "Limana 50 metr yaxınlıqda göyərtəsində 100 nəfərin olduğu gəmi batıb. 28 nəfər həlak olub, onların cəsədləri sudan çıxarılıb"
Ə.İnqa qeyd edib ki, 65 nəfər xilas edilib, 7 nəfər isə itkin düşmüş sayılır.
Xəbəri paylaş