
RegionTV.info xəbər verir ki, Xankəndidə parad yox, bayram münasibətilə təntənəli toplantı, mitinq olub. Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir ki, 450-dən çox sülhməramlı Xankəndinin mərkəzi meydanında təntənəli mitinqə toplaşıb və sülhməramlı qüvvələrin komandanı, general-leytenant Rüstəm Muradov hərbçilər qarşısında çıxış edib.
Təntənəli tədbir zamanı orijinalı 195-ci il mayın 1-də Reyxstaq üzərində qaldırılan Qələbə bayrağı meydana gətirilib. O cümlədən Rusiya müdafiə naziri Sergey Şoyqunun sülhməramlılara bayram videotəbriki nümayiş olunub. Mərasim zamanı 20-dən çox hərbi qulluqçu nümunəvi xidmətə görə mükafatlandırılıb. Daha sonra Rusiya Hava Kosmik Qüvvələrinin mahnı və rəqs ansamblının konserti olub.