Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Gəncədə güclü külək elektrik və qaz xətləri sıradan çıxarıb - FOTO

 RegionTV.info  xəbər verir ki, bu gün axşam saatlarından başlayan külək nəticəsində şəhərin bəzi ərazilərində iri gövdəli ağaclar aşıb. Bir neçə küçədə ağacın aşması nəticəsində elektrik və qaz xətləri sıradan çıxıb.Şəhərin bəzi ərazilərində qaz və elektrik enerjinin verilməsində fasilə yaranıb.
Həmin ərazilərə aidiyyəti qurumların əməkdaşları cəlb olunub və yaranmış fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır.
Qeyd edək ki, hazırda Gəncə şəhəri ərazisində yağışla müşahidə edilən küləkli hava davam edir.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də