Bu gün Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) yenilənmiş güləş zalı istifadəyə verilib.
Oxu.Az-ın müxbirinin tədbirdən verdiyi xəbərə görə, yenidən qurulan güləş zalının açılışında Gənclər və İdman naziri Azad Rəhimov, ADBTİA-nın rektoru Fuad Hacıyev və Güləş Federasiyasının prezident əvəzi Namiq Əliyev iştirak edib.
Güləş zalında bu yaxınlarda dünyasını dəyişmiş, ADBTİA-nın “İdmanın təkmübarizlik növləri” kafedrasının sabiq müdiri, professor Xanlar Qurbanovun həyat və fəaliyyətini əks etdirən guşə yaradılıb, xatirə lövhəsi asılıb.
Qeyd edək ki, Xanlar Qurbanov beynəlxalq dərəcəli hakim, SSRİ idman ustası, Azərbaycanın Əməkdar məşqçisi, Milli İdman Növləri Assosiasiyasının prezidenti, Olimpiya Akademiyasının vitse-prezidenti və Avropa Beynəlxalq Zorxana Konfederasiyasının I vitse-prezidenti olub.