Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Koronavirusdan sağalanların 70 faizində...

COVID-19 infeksiyasına məruz qalanların çoxu sonradan post-koronavirus sindromu ilə qarşılaşır.                                                 
RegionTV.info  xəbər verir ki, məşhur həkim, toksikoloq Aleksey Vodovozov bu barədə mühüm açıqlama verib.
Həkim COVID-19-dan sağalanların 25-70 faizində virusun bəzi simptomlarının qaldığını açıqlayıb: "Testin cavabı neqativ olsa da, antikorlar normala dönsə də, insanların çoxunda post-koronavirus sindromuna çevrilən iyirmidən çox müxtəlif simptomlar var. Bu sindrom yorğunluq və zəifliklə ifadə olunur. Eyni zamanda, xəstələnmiş insanın qəfildən enerjisi tükənir və artıq funksiyalarını yerinə yetirə bilmir. Bərpa dövrü tədricən gedir. Buna kiçik gəzintilərlə başlaya bilərsiniz: 500 metr, 1000 metr, ən çox 3 kilometr".
Ağciyərləri bərpa etmək üçün həkim sadə məşqlər yerinə yetirməyi tövsiyə edib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də