Azərbaycan Respublikasının işğal altındakı torpaqlarında qondarılmış separatçı-terrorçu rejimin üzdəniraq başçısı Araik Arutyunyanın müşaviri koronavirus infeksiyasına yoluxub.
Moderator.az xəbər verir ki, erməni saytlarının yaydığı məlumata görə, söhbət artıq 20 ilə yaxın müddətdə Xankəndindəki xunta rejimində separatçı rəhbərlərin köməkçisi, mətbuat katibi vəzifələrində işləmiş, mütəmadi olaraq Azərbaycan və Türkiyəyə qarşı açıq nifrətlə dolu çıxışlar edən David Babayandan gedir. O, özünün “Facebook” səhifəsində bildirib ki, “COVID-19” testi müsbət çıxıb və hazırda onlayn rejimdə çalışır...