Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Prezident açıqladı: COVID-19 peyvəndi vurduranlara pul veriləcək

RegionTV.info                                                                                                     
Ölkə başçısı çıxışında indiyə kimi peyvənd vurdurmayanları məsuliyyətsizlikdə ittiham edərək onları "eqoist" adlandırıb.
BAKI, 7 may — Sputnik. Serbiya koronavirusa qarşı peyvənd vurduran vətəndaşlara pul paylacağını açıqladı. Mayın 31-nə kimi vaksinin birinci və ya ikinci dozasını vurduranlara dövlət 3000 dinar (təxminən 51 manat) pul ödəyəcək.
Sputnik Azərbaycan bu barədə Türkiyə mətbuatına istinadla xəbər yayıb. Xəbərdə bildirilir ki, 6,9 milyon əhalisi olan Serbiyada vaksinasiya prosesinin çox zəif getməsi səbəbindən hökumət belə bir addım atmaq məcburiyyətində qalıb.
COVID-19 peyvəndi vurduranlara 3000 dinar pul ödənəcəyini açıqlayan Serbiya prezidenti Aleksandr Vuçiç bu yolla "məsuliyyətli vətəndaşları mükafatlandırmaq istədiklərini" bildirib.
Qeyd edək ki, bu məbləğ Serbiyada orta aylıq əməkhaqqının 5 faizinə bərabərdir.
Prezident çıxışında peyvənd vurdurmayanları məsuliyyətsizlikdə ittiham edərək onları "eqoist" adlandırıb.
Belqrad hökumətindən isə bildirilib ki, dövlət müəssisələrində çalışan və indiyə kimi peyvənd olunmayan şəxslər koronavirusa yoluxacaqları təqdirdə xəstəliklə əlaqədar ödənilən vəsaiti ala bilməyəcəklər.
Bu ayın sonuna kimi əhalinin 55 faizini vaksinasiyaya cəlb etməyi hədəfləyən Serbiya öz vətəndaşlarına "BioNtech", "Sinopharm", "AstraZeneca" ve "Sputnik" peyvəndlərindən birini seçməyi təklif edir. İndiyə kimi bu ölkədə 3,6 milyon doza vaksin tətbiq olunub. Ölkə əhalisinin 29 faizi ən azı bir doza peyvənd vurdurub.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də