
RegionTV.info xəbər verir ki, prosesdə hökm oxunub.
Hökmə əsasən, Samiq Əzizovaşərti cəza verilib və məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, DSX polkovniki S. Əzizov digərləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifə səlahiyyətlərindən istifadə edərək Xəzər dənizində balıq ovunun aparılmasına və dənizə balıq ovu ilə bağlı sərbəst çıxışlarına şərait yaratmaqda ittiham olunurdu.
Ona qarşı Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma), 308-ci ( vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə ittiham verilib.