
RegionTV.info-nun xəbərinə görə, o bildirib ki, pandemiya yaxın aylarda bitməyəcək. Üstəlik koronavirusun yeni növləri ortaya çıxacaq:
“Dünya miqyasında yeni növlərin ortaya çıxması davam edir. Gələcək 6 ay ərzində cənub yarımkürəsində qış aylarında koronavirusun çox sayda yeni növlərinin ortaya çıxacağını gözləyirik”.
Bancelin sözlərinə görə, pandemiya ilə mübarizədə əlavə peyvəndlərə ehtiyac var. İcracı direktor “Moderna” şirkətinin son 5 ayda 1,7 milyard dollarlıq peyvənd satdığını bildirib.
Qeyd edək ki, pandemiyanın yaxın 1 il ərzində səngiyəcəyinə dair fikirlər səsləndirilmişdi.